| Tel.: | (994 12) 5383224; (994 12) 5393389 |
|
| Faks: | (994 12) 5398318 |
|
| Struktur bölmənin rəhbəri: | Biologiya elmləri doktoru |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Radionuklidlərlə lokal çirklənmə zonalarda formalaşmış bitkilərə kiçik dozalı radiasiyanın təsirinin tədqiqi. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
K-40, U-238, Th-232, Ra-226 kimi təbii radionuklidlərin «torpaq-bitki (dəvətikanı, qoşayarpaq, turneforsiya, cığ)» zənciri üzrə miqrasiya xüsusiyyətləri öyrənilmişdir. Müəyyən edilmişdir ki, radionuklidlərin miqrasiya xüsusiyyətləri həm bitkinin, həm də radionuklidin növündən asılı olur və myxtəlif bitki orqanlarının radionuklidlər toplamaq qabiliyyəti eyni olmur. Radiasiyanın xroniki təsirinə məruz qalmış bitkilərdə fotosintez prosesi yaşıl piqmentlərin və karotinoidlərin mübaisəli təhlili əsasında tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, kiçik dozalı radiasiyanın fotosintez prosesinə təsiri ayrı-ayrı bitkiər üçün fərdi xarakter daşıyır və fotosintetik piqmentlərin sintezində hansısa bir qanunauyğunluq yoxdur. Kiçik radiasiyanın stimullaşdırıcı təsiri bitkilərin müxtəlif inkişaf mərhələlərində müxtəlif olur. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011