| Tel.: | (994 12) 4383224 (132) |
|
| Faks: | (994 12) 5398318 |
|
| Email: | metanet-mehrabova@rambler.ru, Mehrabova@mail.ru | |
| Struktur bölmənin rəhbəri: |
Mehrabova Mətanət Əhməd qızı Fizika-riyaziyyat elmləri namizədi |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | İnstitutun elmi istiqamərtlərinə uyğun beynəlxalq informasiyanın əldə olunması, yayılması, xarici ölkələrin müvafiq elmi mərkəzləri və beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması, elmi-tədqiqat işləri üzrə layihələrin hazırlanması, texnologiyaların transferinin aparılması, konfrans, seminar və treninqlərin təşkili. | |
| Struktur bölmənin əsas elmi nəticələri: |
UETM, SRDF, FP7, EİP və s. təşkilatların qrantları haqqında informasiya institut əməkdaşlarına çatdırılmış, layihələrin hazırlanıb gondərilməsi təşkil edilmişdir. İnstitut əməkdaşlarının məqalə, tezis və başqa materiallarının tərcümə işləri aparılmışdır. Beynəlxalq və yerli konfrans, seminar, treninglər barəsində informasiya əldə edilmiş, işlənmiş və institut əməkdaşlarına çatdırılmlşdır. Azərbaycan nümayəndə heyətinin "Nüvə elmi və onun tətbiqi" V Avrasiya konfransında (14-17 oktyabr, 2008, Ankara, Türkiyə) iştirakı təşkil edilmişdir. RPİ-nin təşkilati dəstəyi ilə aşağıdakı beynəlxalq və respublika konfranslarının kecirilməsini təşkil etmişdir: · The IV Eurasian Conference on Nuclear Science and Its Application (31 oktyabr-03 noyabr, 2006, Baku, Azerbaijan), · Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Abşeron Yarımadasının radioekoloji durumuna Neft-Qaz İstehsalının təsiri" mövzusunda I Respublika Konfransının (5-7 dekabr, 2007, Bakı, Azərbaycan), · Akademik Mahmud Kərimovun anadan olmasının 60 illiyinə həsr olunmuş "Nüvə enerjisinin gələcəyin enerji təminatında rolu" I Beynəlxalq Konfransın (10-12 dekabr, 2008, Bakı, Azərbaycan), · AMEA RPİ- nin yaradılmasının 40 illik yubileyinə həsr edilmiş "Nüvə enerjisinin dinc məgsədlərlə istifadəsi perspektivləri" II Beynəlxalq Konfransın (2-4 noyabr 2009, Bakı, Azərbaycan), · AMEA-nın müxbir üzvü A.A.Qəribovun 60 illik yubileyinə həsr edilmiş "Radiasiya və ətraf mühit" (1-3 iyul 2010, Bakı, Azərbaycan) mövzusunda II Respublika Konfransının, · M.Məlikzadənin 100 illik yubileyinə həsr olunmuş "Nüvə enerjisinin dinc məgsədlərlə istifadəsi perspektivləri" III Beynəlxalq Konfransın (8-10 noyabr 2010, Bakı, Azərbaycan), · Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş "Alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin perspektivləri" III Respublika Konfransının (1-2 iyun, 2011), · "Nüvə enerjisinin dinc məgsədlərlə istifadəsi perspektivləri" IV Beynəlxalq Konfransın (23-25 noyabr 2011, Bakı, Azərbaycan) təşkili. RPİ haqqında informasiya (İPF) - buklet və institutun innovasiya texnologiyalarlı üzrə TPF-lər hazırlanmış və Ukrayna Elmi Texniki Mərkəzinin dəstəyi ilə "Science Opportunities in Azerbaijan" və "Materials and coatings for extreme environments" jurnallarında dərc edilmiş, beynəlxalq saytlara yerləşdirilmişdir. Şöbənin rəhbəri 15.05.2009 il tarixində AMEA Elmi İnnovasiyalar Mərkəzinin IV Elmi-praktiki seminarında AMEA RPI-də texnologiyaların transferi və innovasiya texnologiyalarının vəziyyəti barəsində məruzəsi etmişdir. O, həmcinin 28-30 sentyabr 2008-ci il Xarkovda, 21-22 may 2009-cu il Astanada, 25-28 oktyabr 2009-cu il, 18-20 noyabr 2009-cu il və 17 noyabr 2010-cu il tarixlərində Kiyevdə innovasiya işləri, texnologiyaların kommersalizasiyası və proyektlərlə bağlı keçirilən beynəlxalq seminar, forum və sərgilərdə RPI-ni təmsil etmişdir.
|

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011