| Ünvan: | AZ1073, Azərbaycan Respublikası, Bakı ş., A.Abasov küç., 1128 döngə, 504 məhəllə |
![]() |
|
| Tel.: | (994 12) 5397371 | ||
| Email: | izb@dcacs.ab.az | ||
| Direktor: |
Ələkbərov İlham Xəyyam oğlu Biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü |
||
| Direktor müavinləri: |
Yaşar İbaqulu oğlu Nəcəfov |
||
| Elmi katib: |
Nailə Bəhmən qızı
Mirzəyeva Biologiya elmləri doktoru Tel.: (994 12) 5397353 |
||
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: | Heyvanlar aləminin növ tərkibinin müəyyənləşdirilməsi, ayrı-ayrı qrupların yayılma xüsusiyyətləri, onların tarixən formalaşması, təkamül xüsusiyyətləri, ekologiyası, xeyirli və zərərli növlərin aşkarlanması, xeyirli növlərin qorunması və artırılması, zərərli növlərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarının hazırlanması. |
||
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: | Zoologiya institutunda çoxillik məhsuldar tədqiqatların nəticəsində Azərbaycanın heyvanlar aləminin növ tərkibi öyrənilmiş: 1500 növdən artıq sərbəstyaşayan və heyvanlarda parazitlik edən ibtidai insanlarda, heyvanlarda və bitkilərdə parazitlik edən 1600 növdən çox helmint, 1930 növ buğumayaqlı, 20 mindən çox həşərat, 101 növ və forma balıq, 10 növ suda-quruda yaşayan, 54 növ sürünən, 365 növ quş, 97 növ məməli heyvan müəyyən edilmişdir. Azərbaycan zooloqları respublika faunasından 109 nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan növü müəyyən etmiş, onlar "Azərbaycan SSR-in Qırmızı kitabı"na daxil edilmişdir. Kollektiv Azərbaycanın Qırmızı kitabının yeni nəşri üzərində işləyir. Dünyada ilk dəfə müxtəlif sistematik qruplara aid elm üçün yeni 466 heyvan növü təsvir edilmişdir. Zooloqların araşdırmalarının çox mühüm bəhrəsi olan "Azərbaycanın heyvanlar aləmi" 3-cildlik kitabı rus və Azərbaycan dillərində nəşr olunmuşdur. İnternet sisteminə daxil etmək üçün ibtidailərdən tutmuş məməlilərə qədər Azərbaycanın bütün heyvanlarının növ tərkibini, genofondunu, biologiya və ekologiyasını əhatə edən informasiya - məlumat bankı hazırlanır. Ekoloji-faunastik tədqiqatlar nəticəsində sərbəst yaşayan təkhüceyrəlilərinin, onurğalı heyvanlarda parazitlik edən koksidlərin və helmintlərin növ tərkibi, sahiblərə görə spesifikliyi, ekoloji amillərin parazit-sahib sisteminə təsiri, invaziyaların təbii ocaqları və yayılma yolları müəyyənləşdirilmişdir. Parazitlərin və onların sahiblərinin maddələr mübadiləsinin oxşar və fərqli xüsusiyyətləri araşdırılaraq nəzəri cəhətdən əsaslandırılır. Respublikanın buğumayaqlıları faunasının növ tərkibi, biologiyası, ekologiyası və fiziologiyası öyrənilir. Bitki zərərvericilərinin təbii düşmənləri olan 2500 yırtıcı və parazit həşəratları müəyyənləşdirilmiş, bioloji mübarizə məqsədilə onların kütləvi çoxaldılma metodları işlənib hazırlanmışdır. Azərbaycanda yaşayan balıqların, su onurğasızlarının, amfibilərin, reptililərin, quşların, məməlilərin əksər növlərinin biologiyası, ekologiyası, növdaxili müxtəlifliyi, yayılma qanununauyğunluqları öyrənilmişdir. Nadir və təsərrüfat əhəmiyyətli növlərin çoxaldılma reintroduksiya metodları hazırlanır. |
||
| Təşkilatın tarixi haqqında qısa məlumat: | 1936-cı ildə SSRİ EA Zaqafqaziya filialının
Azərbaycan şöbəsi SSRİ EA-nın müstəqil
Azərbaycan filialına çevrilmişdir. |
||
| Təşkilatın işçilərinin ümumi sayı: | 378 |
||
| Təşkilatın struktur bölmələri: |
Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyası Su heyvanlarının parazitləri laboratoriyası Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları laboratoriyası Cücülərin ekologiyası və fiziologiyası laboratoriyası |
||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011