az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer:

Rusiya, Sverdlovsk  vilayəti, Nijniy Taqil şəhəri

Təvəllüdü: 13.02.1933
Təhsili: Azərbaycan Dövlət Universiteti, biologiya fakültəsi, bioloq-zooloq
Elmi dərəcəsi: Biologiya elmləri doktoru
Elmi rütbəsi: Böyük elmi işçi
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 03.00.08 - Zoologiya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 100
Xaricdə çıxmış elmi əsərlərin sayı: 65
Əsas elmi nailiyyətləri:

Teriologiya, ekologiya, zoocoğrafiya. Dar ixtisası - Yarasaların fauna, ekologiya, demoqrafiya, morfologiyası. Çoxillik müşahidələrin (40 ilə yaxın) nəticələri "Azərbaycanın yarasaları (Fauna, Ekologiya, Zoocoğrafiya) monoqrafiyasında ümumiləşdirilmişdir. "Azərbaycanın heyvanlar aləmi" seriyasının üçüncü cildinin - Onurğalılar (2000) məsul redaktoru idim. Son illərdə əsas perspektiv müşahidələr məməlilərin antropogen təsirlər şəraitində qenofondunun, populyasiya dinamikasının və bio-ekologi xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. Azərbaycanda yarasaların yayılması, sayı və qorunma tədbirləri.

  2. Azıx mağarası yarasalarının ekologiyası üzrə materiallar.

  3. Azərbaycanda Aralıqdənizi şəppərəsinin (Vespertilio kuhli Kuhl, 1819) ekologiyası.

  4. Azərbaycanda bəzi yarasa növlərinin morfometrik xarakteristikası.

  5. Şərqi Zaqafqaziyada yarasaların çoxalma və postnatal inkişafının müqayisəli xarakteristikası.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

20 dəfədən çox Beynəlxalq və Avropa konfranslarında Azərbaycanı təmsil edirdim. Yarasaların qorunması beynəlxalq cəmiyyətinin (ABŞ) elmi şurasının, yarasaların öyrənilməsi və qorunması Avropa xüsusi qrupunun üzvü.

Təltif və fəxri adları: AMEA-nın Fəxri fərmanı;

Əmək veteranı

Pedaqoji fəaliyyəti:

3 il məktəb müəllimi

İş yeri və ünvanı: AMEA-nın Zoologiya İnstitutu,  AZ1073, Azərbaycan Respublikası, Bakı ş., keçid 1128, məhəllə 504
Vəzifəsi: Baş elmi işçi
Ev tel.:  (994 12) 4953312
Xidməti tel.: (994 12) 5397371
Faks: (994 12) 5397353
Elektron poçtu: rakhmat@azeurotel.com