| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Ünvan: AZ1073, Azərbaycan Respublikası, Bakı ş., A.Abasov küç., 1128 döngə, 504 məhəllə
Tel.: (994 12) 4397371
Email: izb@dcacs.ab.az
Direktor: Musa Əbdürəhman oğlu Musayev
Baytarlıq elmləri doktoru, akademik
Tel.: (994 12) 4397337,  Email: izb@dcacs.ab.az
Direktor müavinləri:

Yaşar İbaqulu oğlu Nəcəfov
Ümumi işlər üzrə
Tel.: (994 12) 4397370

Elmi katib: Nailə Bəhmən qızı Mirzəyeva
Biologiya elmləri doktoru
Tel.: (994 12) 4397353
Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Heyvanlar aləminin növ tərkibinin müəyyənləşdirilməsi, ayrı-ayrı qrupların yayılma xüsusiyyətləri, onların tarixən formalaşması, təkamül xüsusiyyətləri, ekologiyası, xeyirli və zərərli növlərin aşkarlanması, xeyirli növlərin qorunması və artırılması, zərərli növlərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarının hazırlanması.

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

Zoologiya institutunda çoxillik məhsuldar tədqiqatların nəticəsində Azərbaycanın heyvanlar aləminin növ tərkibi öyrənilmiş: 1500 növdən artıq sərbəstyaşayan və heyvanlarda parazitlik edən ibtidai insanlarda, heyvanlarda və bitkilərdə parazitlik edən 1600 növdən çox helmint, 1930 növ buğumayaqlı, 20 mindən çox həşərat, 101 növ və forma balıq, 10 növ suda-quruda yaşayan, 54 növ sürünən, 365 növ quş, 97 növ məməli heyvan müəyyən edilmişdir. Azərbaycan zooloqları respublika faunasından 109 nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan növü müəyyən etmiş, onlar "Azərbaycan SSR-in Qırmızı kitabı"na daxil edilmişdir. Kollektiv Azərbaycanın Qırmızı kitabının yeni nəşri üzərində işləyir. Dünyada ilk dəfə müxtəlif sistematik qruplara aid elm üçün yeni 466 heyvan növü təsvir edilmişdir. Zooloqların araşdırmalarının çox mühüm bəhrəsi olan "Azərbaycanın heyvanlar aləmi" 3-cildlik kitabı rus və Azərbaycan dillərində nəşr olunmuşdur. İnternet sisteminə daxil etmək üçün ibtidailərdən tutmuş məməlilərə qədər Azərbaycanın bütün heyvanlarının növ tərkibini, genofondunu, biologiya və ekologiyasını əhatə edən informasiya - məlumat bankı hazırlanır. Ekoloji-faunastik tədqiqatlar nəticəsində sərbəst yaşayan təkhüceyrəlilərinin, onurğalı heyvanlarda parazitlik edən koksidlərin və helmintlərin növ tərkibi, sahiblərə görə spesifikliyi, ekoloji amillərin parazit-sahib sisteminə təsiri, invaziyaların təbii ocaqları və yayılma yolları müəyyənləşdirilmişdir. Parazitlərin və onların sahiblərinin maddələr mübadiləsinin oxşar və fərqli xüsusiyyətləri araşdırılaraq nəzəri cəhətdən əsaslandırılır. Respublikanın buğumayaqlıları faunasının növ tərkibi, biologiyası, ekologiyası və fiziologiyası öyrənilir. Bitki zərərvericilərinin təbii düşmənləri olan 2500 yırtıcı və parazit həşəratları müəyyənləşdirilmiş, bioloji mübarizə məqsədilə onların kütləvi çoxaldılma metodları işlənib hazırlanmışdır. Azərbaycanda yaşayan balıqların, su onurğasızlarının, amfibilərin, reptililərin, quşların, məməlilərin əksər növlərinin biologiyası, ekologiyası, növdaxili müxtəlifliyi, yayılma qanununauyğunluqları öyrənilmişdir. Nadir və təsərrüfat əhəmiyyətli növlərin çoxaldılma reintroduksiya metodları hazırlanır.

Təşkilatın tarixi haqqında qısa məlumat:

1936-cı ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsi SSRİ EA-nın müstəqil Azərbaycan filialına çevrilmişdir.
1936-cı il martın 1-də Zoologiya bölməsi bazasında Zoologiya İnstitutu təşkil edilmişdir. 1960-cı ildən bu günə kimi institutun direktoru akad. M.Ə.Musayevdir.

Təşkilatın işçilərinin ümumi sayı:

378

Təşkilatın struktur bölmələri:

Protozoologiya şöbəsi

Protistologiya laboratoriyası

Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyası

Parazitologiya şöbəsi

Su heyvanlarının parazitləri laboratoriyası

Helmintologiya laboratoriyası

Entomologiya şöbəsi

Entomologiya laboratoriyası

Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları laboratoriyası

Cücülərin ekologiyası və fiziologiyası laboratoriyası

Araxnologiya laboratoriyası

Quru onurğalılar şöbəsi

Teriologiya laboratoriyası

Ornitologiya laboratoriyası

Herpetologiya laboratoriyası

Su heyvanları şöbəsi

Hidrobiologiya laboratoriyası

İxtiologiya laboratoriyası

Mingəçevir Elmi təcrübə laboratoriyası

Zooloji muzey

Elmlər doktorları

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az