az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Struktur bölmənin rəhbəri:

Qiyas Nağı oğlu Quliyev
Biologiya elmləri namizədi, baş elmi işçi

İşçilərin ümumi sayı:

9

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Azərbaycan ərazisində məməlilərin faunasını, ekologiyasını, morfoloji və bioloji xüsusiyyətlərini, populyasiya quruluşunu, məməlilərin say dinamikasını, qanunauyğunluqlarını öyrənmək və eyni zamanda xeyirli növlərin qorunma tədbirlərini, onlardan səmərəli istifadə olunmasını zərərli növlərlə mübarizə tədbirlərini hazırlamaqdan ibarətdir.

Struktur bölmənin əsas elmi nəticələri:

Azərbaycanda 107 məməli növünün olduğu, morfoloji və sitogenetik (Agı, C1-, C-, Ag- rəng) metodların köməyi ilə Chiropthera, Rodentia, Artiodactula dərəcələrində növəmələgəlmə və mikrotəkamül proseslərinin heteroxromatin miqdarı və nüvəcikəmələgətirən rayonlarla əlaqədar olduğu dəqiqləşdirilmişdir, növlərin vertikal və şaquli landşaftlarda ekoloji xüsusiyyətləri müəyyənləşdirilmişdir. Bəzi nadir növlərin qorunma tədbirləri hazırlanmışdır.