| Tel.: | (994 12) 5397371 |
|
| İşçilərin ümumi sayı: | 12 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Azərbaycanda və sərhədyanı ərazilərdə quşların ekologiyasının, etologiyasının, sayının, ərazidə və biotoplar üzrə yayılmasının, sıxlığının, illik dinamikasının, neftlə qarşılıqlı təsirinin, miqrasiyalarının, nadir və qiymətli quşların müasir vəziyyətinin, quşlar üzrə beynəlxalq konvensiyalarının və sazişlərinin Azərbaycanda tətbiq edilməsinin öyrənilməsi. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Azərbaycanın şimal-şərqində quşların miqrasiyasının əsas xüsusiyyətləri və Trans-Xəzər köç yolunun olmasının sübutu, Azərbaycanda su-bataqlıq quşlarının qışlama, köç və çoxalma dövründə sayı və yayılmasının, illik dinamikasının öyrənilməsi. Qafqazda akustik davranış və morfoloji ölçülər əsasında quşların coğrafi populyasiyalarının müəyyənləşdirilməsi və onların filogenetik əlaqələrinin öyrənilməsi, Qafqazda quşların əsas yayılma yollarının və onların qanunauyğunluqlarının müəyyənləşdirilməsi. Nadir və qiymətli quşların müasir vəziyyətinin, quşlara aid beynəlxalq konvensiyaların Azərbaycanda tətbiqinin yollarının müəyyənləşdirilməsi. Quşların neftlə qarşılıqlı əlaqəsinin müasir nəticələri və öncəgörməsi, həssas quş qruplarının və reqionların müəyyənləşdirilməsi. Qapalı şəraitdə kənd təsərrüfatı quşların məhsuldarlığının artırılması üsulları. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011