az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5397371

Struktur bölmənin rəhbəri:

İlham Xəyyam oğlu Ələkbərov

Biologiya elmləri doktoru, böyük elmi işçi

İşçilərin ümumi sayı:

7

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
  1. Azərbaycanda mikrosporidilərin və koksidilərin (insanın AİDS-markerli xəstəliklərinin törədiciləri) vəhşi, sinantrop və ev heyvanları arasında dövriyyəsi;

  2. Torpaq və su biotoplarında sərbəstyaşayan ibtidailərin biomüxtəlifliyi və onların çoxhüceyrəli heyvanlarla qida münasibətləri.

Struktur bölmənin əsas elmi nəticələri:

Xeyli parazit və sərbəstyaşayan ibtidailərin (Protozoa) morfoloji xüsusiyyətləri və təsnifatı tədqiq edilmişdir. Məməlilər və quşlardan 150-dən çox elm üçün yeni koksidi növü təsvir edilmişdir, ekoloji parazitologiyanın bəzi məsələləri işlənilmişdir. Sərbəst yaşayan ibtidailərin (infuzor və çanaqlı amöblər) 6 fəsilə, 15 cins və 100-dən çox növləri elm üçün ilk dəfə təsvir edilmişdir. Birlik və hüceyrə səviyyəsində ekologiyanın bir sıra problemləri infuzorların köməyilə neftin və neft hasilatı nəticəsində alınan ağır metalların, inteksisidlərin toksikliyinin dərəcəsi tədqiq olunmuşdur.