az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Struktur bölmənin rəhbəri:

Zülfüqar Mustafa oğlu Quliyev

Biologiya elmləri doktoru, baş elmi işçi

İşçilərin ümumi sayı:

9

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Azərbaycan Respublikasının daxili su hövzələrində, eləcə də Xəzər dənizində balıqların növ tərkibi, sistematikası, yayılması, növ daxili dəyişkənlikləri və digər bioekoloji xüsusiyyətlərinin öyrənilməsi; vətəgə əhəmiyyətli növlərin ehtiyatının müasir vəziyyətinin və onların ovlanmasının tənzimlənməsi məsələlərinin öyrənilməsi və ehtiyatlarının bərpa olunması, biomüxtəlifliyin mühafizəsi istiqamətində təkliflərin hazırlanması.

Struktur bölmənin əsas elmi nəticələri:

Respublikanın daxili su hövzələrində (təbii göllər və su anbarlarında) balıqların morfobioloji və ekoloji xüsusiyyətləri ətraflı tədqiq olunmuş, həmçinin Xəzərdə yaşayan vətəgə əhəmiyyətli növlərə aid uzun illər aparılan tədqiqatların nəticələri 15-ə qədər monoqrafiya, çoxlu miqdarda toplularda, kitabçalarda və bir neçə 100 elmi məqalələrdə öz əksini tapmışdır. Elm üçün bir neçə yeni növlər (xul balıqları) də aşkar edilmişdir.