| Struktur bölmənin rəhbəri: |
Biologiya elmləri doktoru, baş elmi işçi |
|
| İşçilərin ümumi sayı: | 18 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Bölmənin strukturunda 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir: Hidrobiologiya və İxtiologiya. Hidrobiologiya laboratoriyasının əsas fəaliyyət istiqaməti: Xəzər dənizində və Azərbaycanın daxili su hövzələrində infuzor və onurğasız heyvanlar faunasının biomüxtəlifliyi, yayılması, balıqların yem bazası, su hövzələrinin çirklənməsinin faunaya təsiri, Xəzərə gələn yeni növlərin (Mnemiopsis leidyi və s.) yayılması, ekoloji xüsusiyyətləri, ekosistemdə rolu, iqtisadi əhəmiyyətli orqanizmlərin yetişdirilməsi biotexnologiyasının elmi əsaslarının hazırlanması. İxtiologiya laboratoriyasının əsas fəaliyyət istiqaməti: Azərbaycan Respublikasının daxili su hövzələrində, eləcə də Xəzər dənizində balıqların növ tərkibi, sistematikası, yayılması, növ daxili dəyişkənlikləri və digər bioekoloji xüsusiyyətlərinin öyrənilməsi; vətəgə əhəmiyyətli növlərin ehtiyatının müasir vəziyyətinin və onların ovlanmasının tənzimlənməsi məsələlərinin öyrənilməsi və ehtiyatlarının bərpa olunması, biomüxtəlifliyin mühafizəsi istiqamətində təkliflərin hazırlanması. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Hidrobioloqlar tərəfindən: Xəzər dənizində və Azərbaycanın daxili su hövzələrində formalaşan orqanizmlərin biomüxtəlifliyi, miqdarı, yayılması və balıqların yem bazası üzrə əldə edilmiş nəticələr bir sıra (20-yə qədər) monoqrafiya, toplu və kitabçalarda, onlarla elmi məqalələrdə öz əksini tapmış, elm üçün yeni olan bir sıra növlər (infuzorlar) tapılmış və təsvir edilmişdir. İxtioloqlar tərəfindən: Respublikanın daxili su hövzələrində (təbii göllər və su anbarlarında) balıqların morfobioloji və ekoloji xüsusiyyətləri ətraflı tədqiq olunmuş, həmçinin Xəzərdə yaşayan vətəgə əhəmiyyətli növlərə aid uzun illər aparılan tədqiqatların nəticələri 15-ə qədər monoqrafiya, çoxlu miqdarda toplularda, kitabçalarda və bir neçə 100 elmi məqalələrdə öz əksini tapmışdır. Elm üçün bir neçə yeni növlər (xul balıqları) də aşkar edilmişdir. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011