az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Struktur bölmənin rəhbəri:

A.R.Əliyev

Biologiya elmləri namizədi

İşçilərin ümumi sayı:

9

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Xəzər dənizində və Azərbaycanın daxili su hövzələrində infuzor və onurğasız heyvanlar faunasının biomüxtəlifliyi, yayılması, balıqların yem bazası, su hövzələrinin çirklənməsinin faunaya təsiri, Xəzərə gələn yeni növlərin (Mnemiopsis leidyi və s.) yayılması, ekoloji xüsusiyyətləri, ekosistemdə rolu, iqtisadi əhəmiyyətli orqanizlərin yetişdirilməsi biotexnologiyasının elmi əsaslarının hazırlanması.

Struktur bölmənin əsas elmi nəticələri:

Xəzər dənizində və Azərbaycanın daxili su hövzələrində formalaşan orqanizmlərin biomüxtəlifliyi, miqdarı, yayılması və balıqların yem bazası üzrə əldə edilmiş nəticələr bir sıra (20-yə qədər) monoqrafiya, toplu və kitabçalarda, onlarla elmi məqalələrdə öz əksini tapmış, elm üçün yeni olan bir sıra növlər (infuzorlar) tapılmış və təsvir edilmişdir.