Təbii mənşəli heroprotektorların farmakologiyası laboratoriyası

Tel. (+994 12) 432 39 35  
Faks (+994 12) 432 67 68  
Elektron poçtu khanagafiz@gmail.combabaevkhanaga@rambler.ru 
Struktur bölmənin rəhbəri

Xanağa Fizuli oğlu Babayev  

b.ü.f.d., dosent 
İşçilərin ümumi sayı 11 
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyada yeni yüksək effektli dərman maddələrinin alınması məqsədi ilə təbii və sintetik yolla alınan birləşmələrin bioloji sistemlərə təsiri kompleks şəkildə tədqiq olunur. Nəzəri və təcrübi maraq doğuran problemlərdən biri stres vəziyyətlərdə heyvan və insan orqanizminin həyat fəaliyyətinə, onların toxuma və hüceyrələrində baş verən biokimyəvi və fizioloji dəyişikliklərə, nəticədə, yaranan neyro-endokrin tənzimləmə mexanizmlərinə təsirinin öyrənilməsidir. Laboratoriyanın elmi-tədqiqat fəaliyyətinin əsas istiqaməti təbii və sintetik bioloji aktiv maddələrin orqanizmin immun və karbohidrat mübadiləsinə, piylənmə və çəki artımına, müdafiə sistemi fermentlərinə və heyvanalrın reproduktiv sisteminə təsirinin tədqiqidir. 
Əsas elmi nəticələri

Zəfəran ekstraktının verilməsi heyvanlarda adipositokinlərin  səviyyəsini tənzimləyir, insulin həssaslığını yüksəldir, enerjinin istifadə olunmasını çoxaldır və insulin rezistentliyi əleyhinə müsbət təsir effekti yaradır. Bu da əlavə çəki və lipid səviyyəsinin azalmasına gətirib çıxarır.

Hamiləlikdən qabaq heyvanlara verilmiş zəfəran ekstraktı balaların sayına və çəki artımına müsbət təsir göstərir, doğuş prosesindən sonra hər hansı anomaliya halının qeydə alınmaması törənən nəslə teratogen effekt göstərmədiyi qənaətinə gəlməyə əsas verir.

Qan göstəricilərinin müsbət olması, orqanizmin immun  və müdafiə sistemi fermentlərinin aktivliyinin artması zəfəranın heroprotektor xüsusiyyətlərini aydınlaşdırır.