www.science.az
15.05.2019 14:48

Bu gün "Elm və İnnovasiya" proqramının növbəti buraxılışı yayımlanacaq

15 may 2019-cu il tarixində saat 22:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş ölkəmizdə elmi nailiyyətlərin populyarlaşdırılması, bu sahədə dünyada mövcud olan təcrübənin öyrənilməsi, elm və mədəniyyət, elm və din və s. kimi məsələlərə həsr olunub.

Proqramın qonağı AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.