www.science.az
31.05.2019 10:32

Akademik Tofiq Nağıyev beynəlxalq elmi jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Rəyasət Heyətinin qərarı ilə bu qurumun “Kimya davamlı inkişafın xidmətində” beynəlxalq elmi jurnalının yeni tərkibdə formalaşmış redaksiya heyətinə üzv seçilib.

Qeyd edək ki, 1993-cü ildə Rusiyada kimyanın davamlı inkişafına xidmət məqsədilə nəşrə başlamış beynəlxalq elmi jurnalın təsisçisi görkəmli rus akademiki V.Koptyuqdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.