www.science.az
12.09.2019 12:48

“ANAS Transactions, Earth Sciences” jurnalının yeni nömrəsi çapdan çıxıb

AMEA-nın Yer Elmləri Bölməsinin “ANAS Transactions, Earth Sciences” jurnalının yeni nömrəsi çapdan çıxıb.

Geologiya və Geofizika İnstitutunda nəşr olunan jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Jurnalın bu sayında geologiya, geofizika və coğrafiya elmlərinə aid “Cənubi Xəzər hövzəsinin şimal-qərb cinahında karbohidrogenlərin izotop-geokimyəvi səciyyəsi”, “Təhlükəli atmosfer hadisələri: yeni fiziki-riyazi yanaşma”, “Arxeogeofiziki üsulların Alxantəpə arxeoloji abidəsi ərazisində tətbiqinin nəticələri”, “Daşgil palçıq vulkanının səthə yaxın strukturunun 3D geofiziki modeli”, “Xəzər dənizinin mövsümi səviyyə dəyişilmələrinin xüsusiyyətləri” və “Transkontinental dəmiryolu dəhlizlərinin Azərbaycanın geosiyasi və iqtisadi şəraitinə təsiri” adlı aktual məqalələr yer alıb.

Qeyd edək ki, 1958-ci ildən nəşr olunan jurnalı onlayn versiyada www.journalesgia.com saytından Azərbaycan, rus və ingilis dillərində oxumaq mümkündür. Jurnala istinadların coğrafiyası Avrasiya, Şimali və Cənubi Amerika, Avstraliya, Şimali və Cənubi Afrika da daxil olmaqla dünyanın 90 ölkəsini əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.