www.science.az
02.10.2019 17:27

Turan Cavidin anadan olmasının 96-cı ildönümü qeyd edilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Əməkdar mədəniyyət işçisi, Hüseyn Cavid mükafatı laureatı, teatrşünas Turan Cavidin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbiri muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı açaraq Turan Cavidlə bağlı xatirələrini bölüşüb.

Sonra AMEA Humanitar Elmlər Bölməsinin elmi katibi Arzu Məmmədxanlı, Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə, böyük elmi işçisi, fil.ü.f.d., dosent Yusif GünaydınMemarlıq və İncəsənət İnstitutunun elmi işçisi Fəridə İbrahimova çıxış edərək tədbirin keçirilməsinin Turan Cavidin xatirəsinə dərin hörmətin təcəssümü olduğunu bildiriblər. Bundan əlavə, muzey tərəfindən nəşr olunan “Turan Cavid. Ömür səlnaməsi” kitabını yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.