www.science.az
10.12.2019 18:50

Mərkəzi Nəbatat Bağında “Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçirilib

Gənclər və İdman Nazirliyinin və AMEA Mərkəzi Nəbatat Bağının birgə təşəbbüsü ilə dekabrın 10-da “Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi təşkil olunub.

Mərkəzi Nəbatat Bağında keçirilən sərginin məqsədi gənclərin ekoloji sahəyə marağının artırılması və bu mövzuda maarifləndirilməsi, onların yaradıcılıq potensiallarının dəstəklənməsi, sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.

Sərgidə 14-29 yaşlı gənclərin dəzgah rəngkarlığı, xəttatlıq, keramika, rəngkarlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj, qravüra üzrə ekoloji mövzuda əl işlərinin nümayişi, eləcə də gənclərin iştirakı ilə eko-tamaşa, eko-viktorinalar baş tutub.

Fərqlənən işlər Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.