www.science.az
11.12.2019 13:00

Azərbaycanlı alimlərin məqaləsi Cənubi Koreyada çapdan çıxıb

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun və Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun həmmüəllifi olduğu məqalə Cənubi Koreyanın nüfuzlu “Structural Engineering and Mechanics” impakt faktorlu jurnalında nəşr olunub.

"Oxasimmetrik boyuna dalğaların qeyri-bircins ilkin gərginlikli "içiboş silindir-ətraf mühit" sistemində dispersiyası" adlı məqalənin nəşr olunduğu jurnal Struktur Mühəndislik və Mexanika Beynəlxalq Asossiasiyasının rəsmi dərgisidir və 2,804 impakt faktora malikdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.