www.science.az
08.10.2014 00:00

“Müasir kimyanın perspektiv istiqamətləri” kitabı nəşr olunub

AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademikDilqəm Tağıyev və institutun baş elmi işçisi, professor Asif Məmmədovun “Müasir kimyanın perspek-tiv istiqamətləri ” adlı kitabı nəşr olunub.

Kitab müasir kimyanın ən yeni sahələrinə - nanokimya, femtokimya, spin kimyası, ekstremal kimya, biomimetik kimya, supermolekulyar kimya, bir molekulun kimyası, molekulyar dinamika və metadinamika, kimyəvi reaksiyaların idarə olunması, kimyanın inkişafının bütün dövrlərində aktual olan kvant kimyası və açıq sistemlərin termodinamikası, həmçinin sinergetika və özünü idarəetmə məsələlərinə həsr olunub.

“Elm”nəşriyyatında çapdan çıxmış kitab doktorant, magistr və tələbələr üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.