www.science.az
15.07.2020 10:16

Zoologiya İnstitutunda doktorant və dissertantların onlayn attestasiyası təşkil olunub

AMEA-nın Zoologiya İnstitutunda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı proqramı üzrə təhsil alan doktorant və dissertantların onlayn attestasiyası keçirilib.

“Zoom” platforması üzərindən keçirilən attestasiyada elmlər doktoru hazırlığı üzrə 6 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 4 doktorant və 6 dissertant iştirak edib.

Attestasiya prosesi institutun direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov və komissiya üzvlərinin iştirakı ilə təşkil olunub.

Tədbirdə doktorant və dissertantların tədqiqat ili ərzində gördükləri işlərin qısa yekunu dinlənilib, onların konfranslarda iştirakı, nəşr olunan elmi əsərləri müzakirə edilib, suallar cavablandırılıb. İclasda, həmçinin attestasiya komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib.

Doktorant və dissertantlar attestasiyadan müvəffəqiyyətlə keçiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.