www.science.az
11.08.2020 14:11

COVID-19 pandemiyasına həsr edilən beynəlxalq konfransın materialları dərc olunub

Məlum olduğu kimi, ölkədə COVID-19 pandemiyası ilə əlaqədar aparılan elmi-tədqiqat işlərinin real vəziyyətinin qiymətləndirilməsi, müvafiq fəaliyyətlərlə bağlı gələcək yol xəritəsinin müəyyənləşdirilməsi, əldə edilmiş ilkin nəzəri və kliniki nəticələri elmi ictimaiyyətin, pandemiya ilə praktiki mübarizə aparan həkim və mütəxəssislərin nəzərinə çatdırılması üçün bu sahədə çalışan alim və mütəxəsissləri vahid virtual məkanda toplamağa ehtiyac yarandığını nəzərə alaraq AMEA-nın Biologiya və Tibb Elmləri BölməsiMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutu müvafiq problemləri əhatə edən “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Bu təşəbbüsün reallaşdırılması nəticəsində 4-6 avqust 2020-ci il tarixlərində müvafiq problemlər üzrə ölkədə və xaricdə çalışan azərbaycanlı alimlər, ABŞ, Birləşmiş Krallıq, Fransa, Cənubi Koreya, Türkiyə və İrandan olan mütəxəssislərin iştirakı ilə beynəlxalq onlayn konfrans keçirilib.

Beynəlxalq tədbirə təqdim edilmiş çoxsaylı tezislərdən 102-si seçilərək konfrans materialları şəklində dərc olunub. Kitabda bir sıra tanınmış azərbaycanlı və xarici alimlərin tezisləri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.