www.science.az
21.09.2020 11:57

Akademik Asəf Hacıyevin baş redaktoru olduğu kitablar “Springer” nəşriyyatında çap edilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyevin baş redaktorlarından biri olduğu iki kitab “Springer” nəşriyyatında çap edilib.

Sözügedən nəşrlər “Proceedings of the Fourteenth International Conference on Management Science and Engineering Management” ("Springer", vol. 1, vol. 2.) adlanır.

Eyni zamanda A.Hacıyev “Fourteenth İnternational Conference Management Science and Engineering Management” konfransında “Statistical Methods for Estimating the Pipelines Reliability” mövzusunda plenar məruzə ilə çıxış edib.

Həmçinin 2020-ci ilin əvvəlində akademik Asəf Hacıyevin 4 elmi əsəri “Web of Science” bazasına daxil olan elmi nəşrlərdə işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.