www.science.az
21.09.2020 14:22

Botanik alimlərin beynəlxalq tədqiqatlarının nəticələri xarici jurnalda dərc olunub

AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimovun xarici həmkarları ilə müştərək axtarışların nəticələrinə həsr olunan məqaləsi impakt faktoru 1,516 olan “Inland waters” jurnalında dərc edilib.

Məqalə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-siyasət Platformasının (IPBES) Avropa və Mərkəzi Asiya üzrə regional qiymətləndirilməsi çərçivəsində daxili duz göllərinin ekosistemi və bioloji müxtəlifliyinə həsr olunub. Daxili duzlu göllərin mövcud vəziyyəti və amillərin (iqlim dəyişikliyi, torpaq istifadəsi, çirklənmə, təbii ehtiyatların istismarı və invaziv növlərin) ekosistemə və biomüxtəlifliyə birbaşa təsiri, eləcə də yayılma arealı, yaşayış mühitinin deqradasiya dərəcəsi, nəsli kəsilməkdə olan növlərin növzənginliyi və bolluğu kimi indikatorlar istifadə edilməklə keçmiş, cari və gələcək tendensiyalar təhlil edilib.

Qeyd edək ki, sözügedən jurnal “Web of Science” beynəlxalq elmi bazasının Q2 kvartilinə daxildir və yuxarıda qeyd edilən “Overview of past, current and future ecosystem and biodiversity trends of inland saline lakes of Europe and Central Asia” adlı məqələ jurnalın internet səhifələrində yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.