www.science.az
22.09.2020 14:58

“Landşaft müxtəlifliyinin kartoqrafik tədqiqi” monoqrafiyası çap olunub

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizovun “Landşaft müxtəlifliyinin kartoqrafik tədqiqi” monoqrafiyası çapdan çıxıb.

Monoqrafiya Böyük Qafqazın və həmsərhəd ərazilərin (Azərbaycan hüdudlarında) landşaft müxtəlifliyinin elmi-metodiki məsələlərinin kartoqrafik tədqiqat metodunun tətbiqi ilə öyrənilməsinə, kartoqrafik landşaftometriyanın inkişafına və landşaft xəritəçiliyinə həsr olunub.

Kitabdan kartoqraflar, coğrafiyaçılar, landşaft morfometriyası və xəritəçiliyi ilə məşğul olan landşaftşünaslar, həmçinin torpaqşünaslar, geobotaniklər, ali məktəblərin müəllimləri, fiziki coğrafiya, kartoqrafiya ixtisası üzrə təhsil alan bakalavrlar, magistrantlar yararlana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.