www.science.az
23.09.2020 11:53

Radiasiya Problemləri İnstitutunun alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun alimləri, kimya elmləri doktoru, professor Teymur Ağayev, fizika elmləri doktoru Nüşabə Hacıyeva və fizika üzrə fəlsəfə doktoru Sevinc Məlikovanın həmmüəllifi olduqları “Nano-ZrO2+nano-Al2O3 sistemində suyun radiasiya-termiki parçalanmasının Furye-İQ-spektroskopiya metodu ilə tədqiqi” adlı məqalə yüksək impakt faktorlu jurnalda dərc olunub.

“Journal of Physical Studies” beynəlxalq jurnalında yer alan məqalə nano-ZrO2+nano-Al2O3+H2O sistemində suyun radiasiya-termiki parçalanmasının Furye-İQ-spektroskopik tədqiqinə həsr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.