www.science.az
23.09.2020 12:06

“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı nəşr olunub

AMEA-nın Fəlsəfə İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Afaq Əsədovanın elmi redaktorluğu ilə türkiyəli müəllif Mahmud Erol Kılıçın “Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitaba “Ön söz”ü Afaq Əsədova yazıb.

Vəsaitdə müasir türk fəlsəfi-ədəbi fikrinin görkəmli nümayəndəsi Mahmud Erol Kılıçın təsəvvüfün bəşər təfəkkürünün bu günü və sabahı üçün örnək olduğuna dair araşdırması əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.