www.science.az
23.02.2021 17:09

Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi Ukraynada dərc olunub

Ukraynanın V.İ.Vernadski adına Tavriya Milli Universitetinin "Вчени записки" jurnalında AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayevin "Səfəvilər dövlətinin ideoloji siyasətində mehdilik inancının yeri" adlı elmi məqaləsi dərc edilib.

Müəllif məqalədə XV-XVI əsrlərdə Azərbaycan ərazisində mövcud olan ictimai-siyasi vəziyyət haqda məsələlərə toxunub, Səfəvilər dövlətinin qurulmasında dini-fəlsəfi düşüncələrin təsirləri barəsində məlumatları paylaşıb. Elnur Mustafayev, həmçinin Səfəvilər dövlətinin elan edilməsindən sonra aparılmış dini islahatlar barəsində mövzuları işıqlandırıb və həmin dövrün dini-siyasi dünyagörüşündə mehdilik inancının rolu haqda problemləri tədqiq edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.