www.science.az
12.12.2013 00:00

AMEA Fizika İnstitutunun alimləri Koreyada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

AMEA Fizika İnstitutunun alimləri Koreya Qabaqcıl Tədqiqatlar İnstitutunun dəvəti ilə “Kvant informasiyası” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər. Bu məqsədlə dekabrın 13-də institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ənvər Nəhmədov və fizika-riyaziyyat elmləri namizədi Elçin Cəfərov Seul şəhərinə səfər edəcəklər.

Dörd günlük konfransda məqsəd Koreya Qabaqcıl Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq məsələlərinin müzakirəsidir.

Tədbirdə, həmçinin elmi müəssisənin alimlərinin “İfratkeçirici spin zəncirlərində Mayorana fermionları” və “Heyzenberq spin zəncirlərində yaxın-qonşu təsiri altında kubit səviyyələrin ötürülməsi” mövzusunda məruzələri dinləniləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.