www.science.az
12.12.2013 00:00

AMEA institutlarında direktor seçkiləri keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları və onlara bərabər statuslu elmi müəssisələrində direktor seçkiləri keçiriləcək. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

İclasda çıxış edən AMEA-nın akademik-katibi və müxbir üzvü Rasim ƏliquliyevAMEA-nın 14 elmi müəssisəsində direktorların səlahiyyət müddətinin bitdiyini bildirib. R.Əliquliyev qeyd edib ki, seçkilər AMEA-nın Nizamnaməsinə, elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnaməyə və “AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi Qaydaları”na uyğun olaraq keçiriləcək.

Seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.