www.science.az
12.12.2013 00:00

AMEA-nın müxbir üzvü Telman Ağayev Avropa Elmi-Sənaye Palatasının qızıl medal və diplomu ilə təltif edilib

AMEA A.Qarayev adına Fiziologiya İnstitutunundirektoru, AMEA-nın müxbir üzvü Telman AğayevAvropa Elmi-Sənaye Palatasının qızıl medal və diplomu ilə təltif edilib.

Alim bu mükafata səmərəli pedaqoji fəaliyyəti, həmçinin fiziologiya və biokimya sahələrində nailiyyətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Telman Ağayev Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Aərbaycan Dövlət Pedaqoji Universitetinin biokimya və fiziologiya kafedralarında pedaqoji fəaliyyət ilə məşğul olmuşdur. Alim müvafiq elm sahələrindəki nailiyyətlərinə görə Ümumdünya Beyin Tədqiqatları Təşkilatı (İBRO) və UNESCO-nun etika, bioetika və texnologiya üzrə milli komitəsinin üzvü seçilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.