www.science.az
14.02.2018 08:54

Kolumbiya Respublikasının səfiri Əlyazmalar İnstitutunda olub

Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marta Galindo AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

İnstitutun elmi işlər üzrə direktor müavinləri, f.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, f.ü.e.d. Paşa Kərimov və elmi katib, f.ü.f.d. Əzizağa Nəcəfovla görüşdə Kolumbiyanın müvafiq institutları ilə əlaqələrin genişləndirilməsi, kadr mübadiləsi, birgə layihələr əsasında elmi-tədqiqat işləri aparmaq və digər məsələlər  müzakirə edilib.

M.Galindo daha sonra institutun Sərgi salonu, Əlyazmaların gigiyenası və bərpası labarotoriyası və kitabxana ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.