www.science.az
16.04.2018 11:50

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan konfrans keçiriləcək

17 aprel 2018-ci il tarixində saat 10:00-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” adlı II respublika elmi konfransı keçiriləcək.

İki seksiyadan ibarət olan konfransda muzey əməkdaşları ilə yanaşı, respublikanın müxtəlif elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edəcək.  

Tədbirdə tarix, etnoqrafiya, arxeologiya, numizmatika, muzey, kitabxana və arxiv mövzuları üzrə 50-ə yaxın iştirakçının elmi məruzələri dinləniləcək.

Ünvan: Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.