www.science.az
02.05.2018 10:03

İstənilən səthi sensorpanelə çevirən"ağıllı" boya yaradılıb

ABŞ-ın Karneqi Universitetinin alimləri və Disney tədqiqat laboratoriyasının mühəndisləri tərəfindən istənilən səthi sensor idarəetmə panelinə çevirən “Dubbed Wall ++” adlı "ağıllı" boya yaradılıb. 

versiya.info saytı xəbər verir ki, “Ağıllı” panellərdən əldə edilmiş bütün məlumatlar məişət avadanlıqları və digər elektrik cihazlarını nəzarətdə saxlamağa imkan verən xüsusi ötürücülər vasitəsilə ötürülür. Yeni texnologiya ilə təchiz olunmuş sensor divarlar cihazların işlək vəziyyətdə olub-olmaması, həmçinin evdə baş verən hadisələr barədə xəbər verir. 

Alimlərin sözlərinə görə, “Dubbed Wall ++” gələcəkdə bütün səs köməkçilərini əvəz edəcək.