www.science.az
15.05.2018 16:13

"Elm və İnnovasiya" proqramı Azərbaycanda psixologiya sahəsində aparılan tədqiqatlara həsr oluanacaq

Bu gün saat 22:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Verilişdə Azərbaycanda psixologiya sahəsində aparılan elmi tədqiqatlar, əldə olunmuş nailiyyətlər və perspektivlərə dair fikir mübadiləsi aparılacaq.

Proqramın qonağı Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.