www.science.az
15.05.2018 16:25

Milli Azərbaycan Tarixi Muzeyinə yeni unikal materiallar hədiyyə olunub

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun Avropa farfor kolleksiyasına üç ədəd qab qəbul olunub. Onların üzərindəki möhürlər Azərbaycan tarixi üçün əhəmiyyət kəsb edir.

Qabların üzərlərindəki “Блестящий магазин” möhürü XIX - XX əsrlərin əvvəlinə aiddir.

Qeyd edək ki, həmin dövrdə Bakının simasını Avropasayağı binalar, saraylar, otellər və dükanlar bəzəyirdi. Azərbaycan milyonçuları evlərinin interyerini yeni Avropa üslubunda qurur, ən gözəl çinilərlə foyeni, otaqları dekor edirdilər. Zəngin evlərin dekorunu bəzəyən farfor çox vaxt “Блестящий магазин M.Усейнова" adlı dükandan alınırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.