www.science.az
17.05.2018 10:50

AXC-nin 100 illiyinə həsr olunmuş “Azərbaycanım mənim” adlı tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu müəssisənin və Təhsil Nazirliyi 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanım mənim” adlı tədbir keçirilib.

Tədbir ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutub. 

Mərkəzin direktoru Lalə Qəti çıxış edərək məktəblilər arasında AXC-nin 100 illiyinin geniş qeyd edilməsi, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, mübarizələrlə dolu tarixinin öyrənilməsi və gənc nəslin vətənpərvər ruhda tərbiyəsinin əsas məqsədləri olduğunu söyləyib. O, daha sonra rəhbərlik etdiyi müəssisə barədə məlumat verib və belə maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirildiyini bildirib.

Daha sonra mərkəzdə fəaliyyət göstərən uşaqlar ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Onlar Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə fikirlərini bildirib, şeirlər səsləndirib və mahnılar ifa ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.