www.science.az
09.07.2018 15:29

İyulun 13-də bu ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək

Bu ilin ikinci Günəş tutulması (qismən tutulma) hadisəsi iyulun 13-də baş verəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, Bakı vaxtı ilə saat 05:48-də başlanacaq Günəş tutulması hadisəsi saat 08:13-də başa çatacaq. 

Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

Növbəti tutulma avqustun 11-nə təsadüf edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.