www.science.az
27.07.2018 13:31

Fransalı alimlər Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji ekspedisiyası ilə yaxından tanış olublar

Fransanın Strasburq Universitetinin professorları Pyer Kollet və Anne Janin AMEA Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Məqsəd arxeoloq Qardaşxan Aslanov tərəfindən 1983-cü ildə Xaraba-Gilandan tapılmış, erkən orta əsrlərə aid arami yazılı vazanın üzərindəki yazıların oxunması olub.

Qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, burada nümayiş etdirilən Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

Fransız alimlər muzeydən xoş təəssüratlarla ayrılıblar.

Qeyd edək ki, fransalı qonaqlar Azərbaycan-Fransız Universitetində arxeoloji elmi-tədqiqat işləri ilə də məşğuldurlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.