www.science.az
14.09.2018 16:34

AMEA-da “Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı keçiriləcək

Cari il noyabrın 29-da saat 10:00-da Mərkəzi Elmi Kitabxanada “Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Tədbir AMEA Qafqazşünaslıq İnstitutu tərəfindən təşkil olunacaq.

Konfrans “Cənubi Qafqazda deportasiyalar” və “Şimali Qafqazda deportasiyalar” bölmələri üzrə aparılacaq.

Məruzə tezislərinin hazırlanmasına dair tələblər:

- Tezislər Microsoft Word A4 ölçüdə 1 səhifə (300 söz), Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;

- Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;

- Müəllifin adı və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.

Tədbirdə iştirak etmək istəyənlər məruzələrin tezislərini 20 oktyabr 2018-ci il tarixinədək qafqazdeportasiyalar@gmail.com elektron ünvanına göndərməlidirlər.

Konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında müəlliflər 10 noyabr 2018-ci il tarixinədək məlumatlandırılacaqlar.

Ünvan: Bakı ş., H.Cavid pr. 117, AMEA Qafqazşünaslıq İnstitutu, IV mərtəbə, 448-ci otaq

Tel: (+994 12) 539 89 91.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.