
12.10.2018 09:49
Zoologiya İnstitutunun əməkdaşları Gəncə-Qazax rayonlarında ekspedisiyada olublar
AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları Gəncə-Qazax rayonları ərazilərində ekspedisiyada olublar.
Ekspedisiya müddətində helmintoloji tədqiqatlar aparmaq üçün əlverişli materiallar toplanılıb. Bundan başqa, ərazilərdə müxtəlif fermer və şəxsi təsərrüfatlarda, əkin sahələrində tədqiqat işləri aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.