www.science.az
05.11.2018 17:08

AMEA nümayəndə heyəti Göyçay rayonunda inşa edilən “Əbədiyaşar ədiblər” kompleksi ilə tanış olublar

Göyçay rayonuna səfər edən AMEA nümayəndə heyəti Əli Kərim adına Göyçay şəhər parkında “Əbədiyaşar ədiblər” kompleksini ziyarət edib.

Qonaqlara məlumat verilib ki, bu abidə kompleksi Göyçay rayonunda ilk dəfə olaraq Azərbaycanın əbədiyaşar şair və yazıçılarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilib. Ümumi sahəsi 800 kvadratmetr olan kompleksdə 18 ədibin - Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Nigar Rəfibəyli, Rəsul Rza, Hüseyn Cavid, Mikayıl Müşfiq, Mircəlal Paşayev, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Araz, Bəxtiyar Vahabzadə, İsgəndər Coşqun, İbrahim Göyçaylı, Əli Səmədlinin büstləri qoyulub, kitab abidəsi tikilib.

Daha sonra AMEA nümayəndə heyəti “Əbədiyaşar ədiblər” kompleksi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.